[b]Vəzifəli şəxsin atasının evini talayanlar MƏHKƏMƏ QARŞISINDA[/b]
28 iyun 2018 13:28 (UTC +04:00)

[b]Vəzifəli şəxsin atasının evini talayanlar MƏHKƏMƏ QARŞISINDA[/b]

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasının evindən oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovunba cinayət işi üzrə məhkəməsi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

 

İttihama görə, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhər Nəsimu rayon ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu və qızıl zinət əşyalarını oğurlayıblar

 

İttihama münasibət bildirən  V.İbrahimovla E.Şirinov özlərini qismən, digər iki şəxs isə özlərini təqsirli bildiklərini deyib.

 

Daha sonra təqsirləndirilən E.Şirinov vəkili Ceyhun Yusifovla vəsatət vərərək müvəkkilinin Nəsimi rayon ərazisində 3-4 min manat dəyərində qızıl-zinət əşyası oğurladığını, lakin istintaq orqanı məbləği 51 min manat göstərib: "Əslində zərərçəkmiş Aydın Mirzəyev deyil, onun oğlu Seymur Mirzəyevdir. Buna görə də cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyirik".

 

Vəsatət baxılmamış saxlanılıb.

 

Məhkəmə zərərçəkmiş "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atası Aydın Mövlayev ifadə verib. O bildirib ki, oğurluq baş verən zaman qardaşıgildə olublar: "Saat 4-5 radələrində idi. Evə qayıdan zaman oğlum zəng elədi ki, qapı açıqdır, evə oğru girib. Yataq otağını və evi ələk-vələk etmişdilər. Evin pəncərəsindən girmişdilər. Çünki hava dəyişsin deyə açıq qoymuşduq. Ümumilikdə 48 min manat dəyərində qızıl zinnət əşyaları və 3 min manata yaxın pul götürmüşdülər. Emil Şirinov bunları etiraf edib".

 

Vəkil C.Yusifov zərərçəkmişə sual verərkən deyib ki, A.Mövlayev ilkin ifadəsidə qızıllarının Mingəçevirdə qaldığını bildirib. Zərərçəkən isə bunu təkzib edib.

 

Vəkilin suallarıma cavab olaraq cavab verən A. Mövlayev ilkin ifadəsində bəzi şeyləri yanlış dediyini qeyd edib: "İlkin olaraq təqdiqatda qiymətləndirməni səhv vermişik. Sonrada qızılları qiymətləndirmək üçün "Moskva univermağı"na getmişik".

 

Ceyhun Yusifov isə bildirib ki, zərərçəkmiş hər istintaqa ifadə verəndə məbləğlər şişirdilib: " Hər ifadəsində qızılların qiyməti bahalaşma baş verir. Müvəkkilim ağır cinayətdə ittiham edilir. Bildirmək istəyirəm ki, qanunvericiliyə dəyişikliklərdən sonra külli miqdar 50 min manatdır. Zərərçəkən bu məbləğ qalxdığından qızılların qiymətini qaldırır ki, müvəkkilimə ağır cəza verilsin".

 

Vəkil C.Yusifiov A.Mövlayevin həyat yoldaşını əlavə şahid qismində dindirilməsini tələb edib. Lakin dövlət ittihamçısı etiraz edərək bildirib ki, əsas şahidlər ifadə verəndən sonra qadın dindirilsin.

 

Proses iyulun 5-də davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.

 

Xatırladaq ki, A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Səlcuq Elçin

Oxşar yazılar