[b]Türkiyə helikopteri qəzaya uğradı: 2 hərbçi həlak oldu[/b]
10 fevral 2018 23:47 (UTC +04:00)

[b]Türkiyə helikopteri qəzaya uğradı: 2 hərbçi həlak oldu[/b]

0

Türkiyənin Suriya ilə həmsərhəd Hatay əyalətində döyüş helikopterinin qəzaya uğraması nəticəsində 2 türk hərbçisi həlak olub. APA-nın xəbərinə görə, bu barədə Türkiyə SH Baş Qərargahının məlumatında bildirilir.   

 

Məlumata görə, hadisə yerinə xüsusi komissiya cəlb edilib.  

 

Baş nazir Binəli Yıldırım bundan əvvəl insidentin baş verdiyi an havada “TAI/AgustaWestland T129 ATAK” tipli 2 helikopterin olduğunu bildirmişdi.

 

Hadisənin dəqiq səbəbləri hələlik müəyyən edilməyib, araşdırma aparılır.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə bundan əvvəl helikopterin vurulduğunu bildirmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar