<b><span style="color:red;">İŞİD-ə qoşulan  azərbaycanlıların məhkəməsi başladı</b>
26 may 2016 13:02 (UTC +04:00)

İŞİD-ə qoşulan azərbaycanlıların məhkəməsi başladı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Rufan Ağcabəyovun və Martin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən  hazırlıq iclasında təqsirləndirilən R. Ağcabəyovun vəkili iştirak etməyib. Buna görə, hakim məhkəmə prosesini mayın 27-nə təxirə salıb.

Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar. Onlar Suriyada “İŞİD”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etməkdə günahlandırılırlar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) və digər maddələrə əsasən ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar