[b]Sərxoş atasını bıçaqlayan gəncin məhkəməsi davam edir[/b]
02 iyun 2016 10:16 (UTC +04:00)

[b]Sərxoş atasını bıçaqlayan gəncin məhkəməsi davam edir[/b]

0

Bakı Apellyasiya Məhkəməsində atasını öldürməyə cəhdə təqsirləndirilən Samid Məmmədovun birinci instansiya məhkəməsinin hökmündən prokurorluğun protesti üzrə proses keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 14-nə təyin edilib.

 

 

Qeyd edək ki, hadisə keçən il iyulunda Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. 2000-ci il təvəllüdlü S.Məmmədov atası Ağarəhim Rəhimovu bıçaqlayıb. S.Məmmədov evə sərxoş vəziyyətdə gələn atası A.Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra sillə vurmasını qəbul etməyib. Buna əsəbiləşən S.Məmmədov atası ilə mübahisə edib. Nəticədə o, mətbəx bıçağı ilə atasının bədəninə 8 bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. A.Rəhimova tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədovun ittiham olunduğu CM-nin 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Hökmə əsasən, ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. S.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar