
Şam ağaclarını kəsən tikinti şirkəti CƏRİMƏLƏNDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Dənizkənarı bulvar ərazisində köküstə yaş 7 şam ağacının kəsildiyi aşkar edilib.
Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların “Əmioğulları-4” MMC tərəfindən yaşayış binasının tikintisi ilə bağlı aparılan qazıntı işləri zamanı kəsildiyi müəyyən olunub.
Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 4740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.
Oxşar yazılar

Masazırda baş verən yanğın söndürüldü - VİDEO
3 iyul 2025 , 00:05
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı
2 iyul 2025 , 20:52
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45