<b>Sabiq deputata “pul atan” şəxsə<span style="color:red;"> HÖKM OXUNDU </b>
18 iyul 2017 13:52 (UTC +04:00)

Sabiq deputata “pul atan” şəxsə HÖKM OXUNDU

 

Sabiq millət vəkilinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüqar Rəhimovun cinayət iş üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə Vüqar Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Vüqar Rəhimov zərərçəkmiş Tofiq Hüseynova məxsus "TERM" tikinti şirkətində mühasib vəzifəsində çalışıb. O, şirkətə məxsus 877 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin məbləğin 537 min manatı ödənilib.

 

Tofiq Hüseynov həmçinin “Sumqayıt-Çörək” ASC-nin rəhbəridir. O, əvvəllər deputat olub. "TERM" tikinti şirkəti paytaxtda bir çox məşhur otellərin tikintisini həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Səlcuq Elçin

Oxşar yazılar