[b]Qadın qonşunun maaş kartını oğurladı: "Pulu çıxarıb xərclədim"[/b]
06 iyul 2018 11:18 (UTC +04:00)

[b]Qadın qonşunun maaş kartını oğurladı: "Pulu çıxarıb xərclədim"[/b]

İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib. 

 

DİN Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlumata görə, dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

 

X.Əhədova qonşusunun evindən kartı oğurladıqdan sonra kodu üzərində olduğundan həmin məbləği çıxararaq xərclədiyini  etiraf edib.

 

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar