Bu gecə Bakıda törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 15-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini 33 yaşlı İslam Hüseynovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, 22 yaşlı İbrahim Sadıqov tutulub.
*****
23:18
Bakıda küçədə meyiti tapılan şəxsin kimliyi məlum olub.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, o, 1984-cü il təvəllüdlü Hüseynov İslam Fəzail oğludur.
İslam Hüseynovun qohumu tərəfindən bıçaqlandığı, yaralı vəziyyətdə Zeynal Xəlil küçəsinə qədər gəldiyi və orda dünyasını dəyişdiyi bildirilir. Meyiti Zeynal Xəlil küçəsi, 307 ünvanının sakinləri tapıblar və polisə məlumat veriblər.
***
Bakıda qətl törədilib.
APA-nın məlumatına görə, Zeynal Xəlil küçəsi, 307 saylı evin qarşısında naməlum kişi meyiti tapılıb
Onun bıçaqla qətlə yetirildiyi bildirilir.
Hazırda hadisə yerində Nərimanov rayon polis və prokurorluğunun əməkdaşları işləyir.
Qətlə yetirilən şəxsin kimliyi müəyyənləşdirilir. Onuna hadisə yerində və yaxud digər yerdə bıçaqlandığı dəqiqləşdirilir.