<b>Patrik Hiki həbs edilib</b> - <span style="color:red;">FIRILDAQÇILIQ
17 avqust 2016 16:43 (UTC +04:00)

Patrik Hiki həbs edilib - FIRILDAQÇILIQ

 

Rio-de-Janeyro polisi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Patrik Hikkini həbs edib. Apasport.az saytının məlumatına görə, o, Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb.

 

Hikki məskunlaşdığı oteldə polislər tərəfindən saxlanılıb. Həmin vaxt özünü pis hiss edən AOK prezidenti xəstəxanaya aparılıb.

 

Hikkinin həbsinə əlində 800 biletlə saxlanılan alverçinin ifadələri səbəb olub.

 

Bilet satışı ilə bağlı araşdırmalar aparan Braziliya polisi artıq 40-a yaxın adamı saxlayıb. Onlardan biri Böyük Britaniyanın THG şirkətinin prezidenti, irlandiyalı Ceyms Merlondu. Onun beynəlxalq cinayətkar qruplarla bağlılığı, böyük yarışlar zaman bilet alverindəki fəaliyyətdə şübhəli hesab olunur.

 

Qeyd edək ki, Hikki eyni zamanda İrlandiya Olimpiya Komitəsinin prezidentidi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

APA Baycan

Oxşar yazılar