[b]Oğurladığı maaş kartından pul çıxarmaq istəyərkən tutuldu[/b]
13 yanvar 2017 22:26 (UTC +04:00)

[b]Oğurladığı maaş kartından pul çıxarmaq istəyərkən tutuldu[/b]

Şabranda 3 ev və bir mağazadan oğurluq edən şəxs tutulub. APA TV-nin şimal bürosunun xəbərinə görə, Şabran sakinləri Hikmət Salmanov və Müxlisə Əzimovaya məxsus evdən, eləcə də Elvin Kamilova məxsus ərzaq mağazasından oğurluq olub.

 

Zərərçəkən şəxslər hadisədən xəbər tutan kimi Şabran Rayon Polis Şöbəsinə müraciət ediblər.

 

Şabran RPŞ-nin təhqiqat bölməsinin rəisi Malik Bahadurov bildirib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin oğurluqları törətmiş Məlikov Zamin Nəzərəli oğlu saxlanılıb.

 

Zamin Məlikov evdən oğurladığı maaş kartından pul çıxarmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. 18 yaşlı gənc tutduğu əməldən peşman olduğunu bildirib.

 

Zamin Məlikov tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

APA TV

Oxşar yazılar