<b>Oğlu gəlini tərəfindən öldürülən ana: <span style="color:red;">"Övladım onun qabağında..." </b>
05 aprel 2019 16:40 (UTC +04:00)

Oğlu gəlini tərəfindən öldürülən ana: "Övladım onun qabağında..."

Xaçmazda qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə mərhumun anası Narxanım Osmanova ifadə verib. 
 
O ifadəsində bildirib ki, gəlini əmisi nəvəsidir: "Vüsalə gəlin gələn gündən bəri oğlumu saymırdı. Öz istədiyi edirdi.  İstədiyi vaxt rayondan Bakıya gedirdi,  istədiyi qədər qalırdı. Kefi istəyəndə qayıdırdı. Mən bu yaşımda ona qulluq etmişəm. Bunun bacısı da o biri oğlumun arvadıdır.  İki bacı birləşib keflərini çəkidirdilər. Oğlanlarım bunların qabağında heç kimiydilər. Oyuncaq kimi davranırdılar".
 
Narxanın Osmanova qeyd edib ki, hadisə günü gəlini ilə oğlu mübahisə edib: "Səs-küyə gəldim. Gördüm ki, Vüsalə bir əlində bıçaq, o biri əlində telefon oynadır. Dedim, bıçağı qoy yerə. Saymadı məni. Qaçıb qonşuları çağıram.  Mən gələndə gördüm ki,  oğlum al qanın içində yerdə uzanıb".
 
Məhkəmə aprelin 12-də davam edəcək. 
 
Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
 
Şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.
 
V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. Hadisə nəticəsində M.Osmanov hadisə yerində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Səlcuq Elçin

Oxşar yazılar