[b]Məşhur mağazanın menecerini qətlə yetirən məhkəmə qarşısında[/b]
26 may 2016 10:46 (UTC +04:00)

[b]Məşhur mağazanın menecerini qətlə yetirən məhkəmə qarşısında[/b]

Bakıda məşhur mağazanın menecerini qətlə yetirən şəxsin məhkəməsinin tarixi məlum olub.

 

 

Lent.az-ın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyunun 7-ə təyin edilib.

 

 

 

Qeyd edək ki, qətl keçən il dekabrın 21-də Nizami rayonu Keşlə qəsəbəsində baş verib. "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü P.Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib. Ona Cinayət Məcəlləsinin 120.2.4( xüsusi amanlıqla qətl törətmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Səlcuq Elçin

Oxşar yazılar