Bu gün Nəsimi rayon Məhkəməsində "Real" hərakatının icra katibi olan Natiq Cəfərli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə prosesi baxılıb.
Lent.az-a bu barədə vəkil Cavad Cavadov məlumat verib. O, bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib.
Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə aparılıb. Daha sonra Nəsimi rayon Məhkəməsində N. Cəfərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
N, Cəfərli qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur