[b]Leyla Şıxlinskaya 500 milyonluq qalmaqaldan danışdı:[/b] “O pul məndə nə gəzir?!”
10 fevral 2017 14:52 (UTC +04:00)

[b]Leyla Şıxlinskaya 500 milyonluq qalmaqaldan danışdı:[/b] “O pul məndə nə gəzir?!”

 

Xalq artisti Leyla Şıxlinskaya adının dələduzluqda hallanması barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Lent.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur aktrisa, "Leyla Şıxlinskaya" klinikasının baş həkimi açıqlamasında qalmaqallı evin ona məxsus olmadığını söyləyib.

 

Xalq artisti deyib ki, 7-8 il bundan əvvəl həmin məkanda sadəcə olaraq balet məktəbi açmaq istəyib: “Hər şey tamamilə yalandır. Heyfslənirəm ki, heç kəs mənimlə əlaqə saxlamadı, məsələnin doğrusunu dəqiqləşdirmədi. Rusiya mətbuatında ora ev kimi qeyd edilsə də, əslində atılmış bir çardaqdır. Oranı almamışam, heç kimə pul verməmişəm. Ümumiyyətlə, bu söhbətin tarixi 7-8 ilə dayanır. Yazılan kimi ora mənim olsaydı, niyə həmin çardağı xaraba kimi saxlayım? Mən foto-model deyiləm ki, adımı bu cür xəbərlərdə hallandırırlar? Mötəbər şəxsəm, adım-sanım var. İşlərim ortadadır, belə şeylər olanda mənə zəng vursunlar.

 

Ola bilər ki, hansısa sənəddə adım hallana... Çünki, 7-8 il əvvəl ora ilə maraqlanırdım. Uşaqlar üçün balet məktəbi açmaq istəyirdim. Amma vasitəçilər mənə dedilər ki, hər gün orada olmalıyam, həmçinin məbləği çardağın dəyərindən çox demişdilər. Mən də söylədim ki, gücüm çatmaz. Hələ ora ilə maraqlananda qonşular sevindi, dedilər ki, alın. Çardaq pis vəziyyətdədir, suyu başımıza tökülür. Təmir etsəz, biz də sevinərik. 500 milyon rublum (15 milyon manat) olsa, nə dərdim? Bu məbləğ məndə nə gəzir?”

 

Xatırladaq ki, Rusiyanın life.ru xəbər saytı Moskvanın mərkəzində olan evin bir neçə sahibi olduğunu yazıb. Onlar arasında L. Şıxlinskayanın da adı qeyd edilib.

 

Yerli KİV isə xalq artistinin dələduzluqda ittiham edildiyini yazmışdı.

 

Lent.az-dan: Dünən Leyla Şıxlinskaya barədə bu material Rusiya və ardınca da Azərbaycan mətbuatında yayımlandıqdan sonra biz Leyla xanımın məsələ ilə bağlı mövqeyini öyrənmək üçün onun klinikasına zəng edib, köməkçisi ilə danışdıq. Köməkçi bizə bildirdi ki, Leyla xanıma bu barədə məlumat verə bilməyəcək, yalnız sabah (bu gün) cavab verə biləcək: “Leyla xanımı bu gün görə bilməyəcəm. Əlaqə saxlamaq da olmayacaq”. Bunun ardınca Leyla xanımın 0502..0707 nömrəli telefonuna dəfələrlə zəng eləsək də, cəhdlərimiz cavabsız qaldı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Oxşar yazılar