<b>Yeni doğulan əkizlərin ölümünün səbəbi açıqlanıb - <span style="color:red;">YENİLƏNİB </b>
09 yanvar 2018 12:28 (UTC +04:00)

Yeni doğulan əkizlərin ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB

0
 
Lənkəranda doğum evində baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb.
 
  
 
Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova APA-ya bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda  yüksək təzyiqi olub: “Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar  həm yarımçıq olduğundan,  həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar”.
 
 
 
12:22
 
 
Lənkəranda yeni dünyaya gələn körpələr ölüb.
 
 
 
APA-nın cənub bürosunun xəbərinə görə, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilən Masallı rayon sakini Məmmədova Alidə Tofiq qızı vaxtından əvvəl bir qız, bir oğlan dünyaya gətirib.
 
 
 
Əkiz körpələr doğuşdan bir qədər sonra ölüb.
 
 
 
Faktla bağlı araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar