Bakıda mağazalardan birindən xeyli pul oğurlanıb. Lent.az-ın məlumatına görə,1983 cü il təvəllüdlü Babayev Ceyhun Nəsrulla oğlu 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, Bül-Bül prospekti 10 ünvanında, Sahil metrostansiyasının yanında yerləşən, sahibi olduğu “Sahil” marketdən 850 manat oğurlanıb. Günorta saatlarında kassirin digər şəxslərlə söhbət etməsindən istifadə edən naməlum şəxs kassada olan 850 AZN pulu oğurlayıb.
Müraciət əsasında araşdırma aparılır.