<b>İstanbuldakı terrorda ölən Nuranə Həsənova Rusiya vətəndaşıdır </b>
02 yanvar 2017 15:02 (UTC +04:00)

İstanbuldakı terrorda ölən Nuranə Həsənova Rusiya vətəndaşıdır

0

İstanbulda gecə klubuna hücum nəticəsində ölən Nuranə Həsənovanın Rusiya vətəndaşı olduğu müəyyənləşib.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yer alan məlumatda deyilir: 
 

“İstanbuldakı dəhşətli  terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk”. 
 

Qeyd  edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar