Ağdamda ağır xəsarətlərlə xəstəxanaya aparılan qadın xəstəxanada ölüb. Lent.az xəbər verir ki, rayonun Əfətli kənd sakini, 56 yaşlı Filyar Əliyeva müxtəlif dərəcəli xəsarətlərlə əvvəlcə Quzanlı, daha sonra isə Bərdə xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatda qadının tövlədə inəyin vurması nəticəsində xəsarət aldığı bildirilsə də, sonradan məlum olub ki, F.Əliyevanı kənd ərazisində "VAZ 21011" markalı, 02 BK 246 dövlət qeydiyyat nişanlı avtomobil vurub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
23:09
Ağdamda iribuynuzlu heyvanın vurduğu 56 yaşlı qadın ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Filyar Əliyevanın vəziyyəti ağır olduğundan yaxınları onu Bərdə xəstəxanasına aparmağa çalışsalar da, qadın yolda həyatını itirib. F. Əliyevanın yaxınları onu tövlədə inək vurduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.