İki qardaşı qanına qəltan edən şəxsin cəzası azaldılacaq? - <span style="color:red;">MƏHKƏMƏ
30 may 2016 10:52 (UTC +04:00)

İki qardaşı qanına qəltan edən şəxsin cəzası azaldılacaq? - MƏHKƏMƏ

0

Bakı Apellyasiya Məhkəməsində iki qardaşa qarşı qanlı cinayət törətməkdə təqsirli bilinən İbrahim Dadaşovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

 

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 ünvanının qarşısında baş verib. Həmin ünvanda 1985-ci il təvəllüdlü İsrafilov Elşən Şakir oğlu və onun qardaşı İsrafilov Elcan Şakir oğlu bıçaqlanıb. Xəsarət alan hər iki qardaş 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Orada tibbi yardım göstərilsə də, Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Cinayəti törədən 1991-ci il təvəllüdlü İbrahim Dadaşov Suraxanı Rayon Polis İdarəsinə gələrək təslim olub.

 

İbrahim Dadaşova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.3, 29,120.2.7 və 221.2.1-ci maddələri ilə ittiham verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökümlə razılaşmayan İ. Dadaşov və müdafiəçisi apellyasiya şikayəti verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar