[b]DTX Azərbaycandan pul çıxaran şəxsləri yaxaladı[/b] - ƏMƏLİYYAT
25 oktyabr 2017 18:43 (UTC +04:00)

[b]DTX Azərbaycandan pul çıxaran şəxsləri yaxaladı[/b] - ƏMƏLİYYAT

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar.

 

DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, keçirilmiş baxışlar nəticəsində onlardan 71 min 500 ABŞ dolları, 6 min 500 rubl və 4 min 361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.

 

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 311

Oxşar yazılar