![[b]Dələduzluğa görə tutuldu, qəbiristanlıqda silah gizlətdiyini etiraf etdi[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Dələduzluğa görə tutuldu, qəbiristanlıqda silah gizlətdiyini etiraf etdi[/b]
Daxili İşlər Nazirliyi qəbiristanlıqda silah tapılması barədə məlumat yayıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən, verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətdiyini etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbiristanlıqda R.Məmmədovun gizlətdiyi, nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı və 2 patron aşkar edilərək götürülüb.
Qeyd edək ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti də yanvarın 17-də məlumat yayıb.
Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45