Bakı bulvarında növbəti dəfə intihara cəhd olub. Lent.az-ın məlumatına görə, dünən saat 23:55 radələrində Dənizkənarı Milli Parkda, Saat Qülləsinin yaxınlığında 1996-ci ildə Ordubad rayonunda anadan olmuş, hazırda Xəzər rayonunda yaşayan Baxşəliyeva Əsmər Abbas qızı özünü dənizə atmaq istəyən zaman ərazidə xidmət edən Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun izahatı alınaraq buraxılıb.
20 yaşlı qız tanışı ilə yaranmış problemə görə intihar etmək istədiyini deyib.