![[b]Bələdiyyə sədrləri arasında qadınlar 27 faiz təşkil edir - RƏSMİ [/b]](https://lent.az/storage/news/2019/april/30/big/46d114ca55f5829bbec6d6a947c9f34c.jpg)
[b]Bələdiyyə sədrləri arasında qadınlar 27 faiz təşkil edir - RƏSMİ [/b]
"Hazırda bələdiyyə sədrləri arasında qadınlar 27 faiz təşkil edir".
ONA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib.
O, bildirib ki, komitə qadın sədrlərin daha da artmasını arzulayır: "Çünki biz regionlarda ailələrin dağılması, erkən evliliklər, qızların təhsili ilə bağlı problemləri araşdıranda görürük ki, ümumilikdə qadınların bu problemlərə diqqəti daha çoxdur. Bu kimi problemlərin qarşısını almaqdan ötrü qadınların o qurumlarda təmsilçiliyi daha məqsədəuyğun olardı".
Qarşıdan bələdiyyə seçkilərinin gəldiyini vurğulayan Sədaqət Qəhrəmanova komitənin bu sahədə maarifləndirmə işləri apardığını da qeyd edib: " Qadınların idarəetmədə təmsil olunması bizim üçün prioritetdir. Çalışırıq ki, onlar cəsarətli olub, öz namizədliklərini versinlər".
Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45