![[b]Bələdiyyə sədrinə CİNAYƏT İŞİ açıldı[/b]](https://lent.az/storage/news/2019/march/19/big/a349df0b15c5344d3f4828052cfe769a.jpg)
[b]Bələdiyyə sədrinə CİNAYƏT İŞİ açıldı[/b]
Bərdə rayonu, Samuxlu bələdiyyəsinin sədri Abdullayev Ramil Rafiq oğlu barəsində cinayət işi başlanıb.
ONA-nın xəbərinə görə, R.Abdullayev başqa şəxslərlə əlbir olaraq, Samuxlu bələdiyyəsinin balansında olan torpaqlarda süni göl yaratmaq məqsədilə müəyyən ərazilərdə qanunsuz qazıntı işləri aparıb. Bununla o, münbit torpaq qatını korlayaraq, təbiətə ümumilikdə 335 min manat məbləğində ziyan vurub.
R.Abdullayev barəsində Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar yazılar

İmişlidə məktəblilərin öldüyü qəzaya görə saxlanılanlara hökm oxundu
3 iyul 2025 , 18:40
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10
Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
3 iyul 2025 , 16:02
Novxanı və Görədildə bağ evlərindən oğurluq edənlər saxlanıldı - VİDEO
3 iyul 2025 , 16:00
İzmirdə yanğın fəlakəti - FOTOLENT
3 iyul 2025 , 15:17