Bakıda tək-tənha yaşayan qadının meyiti tapılıb. Lent.az xəbər verir ki, Səbail rayonu Aydın Məmmədov küçəsi 22/24 ünvanında yaşayan 1937-ci il təvəllüdlü Paqarulyevna Diana Alekseyevnanın qonşuları ondan xəbər ala bilmədiklərinə görə narahat olub. Mənzilə baxış keçirilərkən 80 yaşlı qadının vəfat etdiyi məlum olub.
Araşdırma aparılır.