Bakıda müştərinin başına oyun açan taksi sürücüsü tutuldu - YENİLƏNİB
06 mart 2017 16:01 (UTC +04:00)

Bakıda müştərinin başına oyun açan taksi sürücüsü tutuldu - YENİLƏNİB

Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinən Lent.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və həmin avtomobilin sürücüsü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib.

 

 

Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Nemət Mamedov saxlanılıb. Qeyd edilən faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən Nemət Mamedovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-nin 41-ci PB-nə müraciət edə bilərlər.

 

 

 

*****

 

 

5 mart 19:16

 

 

Bakıda quldurluqla üzləşən şəxs polisə müraciət edib. Lent.az xəbər verir ki, Abşeron rayon sakini olan 1984-cü il təvəllüdlü Rüstəmov Mətləb Sahib oğlu 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında Badamdardakı çay evindən çıxaraq "AzSamand" markalı taksiyə oturub. Taksi sürücüsü bir qədər keçdikdən sonra bıçaqla müştəriyə hücum edib və onun üzərindəki 400 manatı götürərək hadisə yerindən uzaqlaşıb.

 

M.Rüstəmov həımin taksi sürücüsünün tapılaraq cəzalandırılmasını tələb edib.

 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Nizam Rza

Oxşar yazılar