Bakının Suraxanı rayonu ərazisində baş vermiş kütləvi davada xəsarət alan şəxslərdən üçü xəstəxanadan evə buraxılıb. Lent.az xəbər verir ki, Binə qəsəbəsində yerləşən Gürcü məhəlləsində dava-dalaş zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Papiaşvili Şengeli Masikoyeviç, 1988-ci il təvəllüdlü İsmayılov Polad Məhərrəm oğlu və 1994-cü il təvəllüdlü Soltanov Kamran Rasim oğlu 3 saylı şəhər xəstəxanasında ambulator müalicəyə yazılıb.
Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi və döş qəfəsinin əzilməsi diaqnozu qoyulan Papiaşvili İsak Davidoviç isə reanimasiya şöbəsinə yerləşdirilib.
Artıq dava-dalaşda iştirak edən şəxslər polis tərəfindən saxlanılıb. Davanın söyüş üstündə baş verdiyi bildirilir.
*****
3:56
Bakının Suraxanı rayonu ərazisində azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə Binə qəsəbəsində yerləşən Gürcü məhəlləsində 9 nəfərin iştirakı ilə baş verib.
Dava nəticəsində 4 nəfər – iki Gürcüstan əsilli Azərbaycan vətəndaşı – hər ikisi 1990-cı il təvəllüdlü olan Papişvili Şengeli Masikoyeviç və Papiaşvli İsak Davidoviç, həmçinin 1988-ci il təvəllüdlü İsmayılov Polad Məhərrəm oğlu və 1994-cü il təvəllüdlü Soltanov Kamran Rasim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
Faktla bağlı araşdırma aparılır.