Bakıda əcnəbi ölkə vətəndaşının evindən külli miqdarda pul oğurlanıb. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 30 ünvanında Türkiyə vətəndaşı Elgün Cumhurun evindən naməlum şəxs və ya şəxslər tərəfindən 40 min avro, 10 min dollar və 10 min manat oğurlanıb. Oğurluq açar seçmə yolu ilə evə daxil olmaqla həyata keçirilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.