Bakıda ata ondan icazəsiz lombarda qızıl qoyaraq borc pul götürən qızından polisə şikayət edib. Lent.az-ın məlumatına görə, Xətai rayon sakini, 64 yaşlı Firudin Həsənov (ad və soyad şərtidir) müraciətində bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 24 yaşlı Nazlı Həsənova kimsəyə bildirmədən evdən 3 min manatlıq qızıl-zinət əşyalarını lombarda qoyaraq borc pul alıb.
Ata qızı barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş edib.
Araşdırma aparılır.