Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, dünən saat 14 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisindəki fərdi yaşayış evində yaşayan 1966-cı il təvəllüdlü İsmayılov Müşfiq İsmayıl oğlu özünü asaraq intihar edib. Onun asılı vəziyyətdə qalmış meyitini yaxınları həyətdə aşkarlayıblar.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.