<span style="color:red;">Bakıda insan faciəsi:  ölümündən xeyli sonra xəbər tutdular
05 oktyabr 2017 14:46 (UTC +04:00)

Bakıda insan faciəsi: ölümündən xeyli sonra xəbər tutdular

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda evdən meyiti tapılan şəxslə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən cəsədi tapılan 1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlu bir müddət imiş ki, işsiz imiş və Bakıya iş axtarmaq üçün gəlibmiş. O, 7-ci mikrorayon Abay Kunanbayev küçəsində dostunun evində qalırmış.

 

Bir neçə gün əvvəl isə dostu evini E.Bağırova təhvil verərək gedib. Sonuncu dəfə bu həftənin birinci günü yaxınları ilə telefonda danışan E.Bağırovla daha sonra kimsə əlaqə saxlamayıb. Bu səbəbdən də onun həftənin birinci və ya ikinci günü vəfat etməsi ehtimal edilir. 

 

Bu gün evə qayıdan həmin şəxs qapının arxadan bağlı olduğunu görərək FHN-ə müraciət edib. Qapı açıldıqdan sonra E.Bağırovun bir neçə gün əvvəl vəfat etdiyi məlum olub. Hadisə yerinə gələn həkimlər ilkin olaraq onun ürək çatışmazlığından vəfat etdiyini bildiriblər. 

 

Qeyd edək ki, E.Bağırov daha əvvəl Türkiyədə işləyib.

 

*****

 

14:25

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb olunub.

 

1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlunun cəsədi xilasedicilər tərəfindən mənzildə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Araşdırma aparılır.​

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Nizam Rza

Oxşar yazılar