Bakıda gənc qız dəm qazından zəhərlənib. Lent.az xəbər verir ki, İnqilab İsmayılov küçəsində yaşayan 27 yaşlı İradə Allahverdiyeva mənzilin hamam otağında dəm qazından zəhərlənib. Ailə üzvləri onu huşsuz vəziyyətdə aşkarlayıb və o Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib.
Hazırda İ.Allahverdiyevanın həyatına təhlükə olmadığı bildirilir.