Bakı İstintaq Təcridxanası üçün təhlükəli vəziyyət
19 aprel 2016 14:50 (UTC +04:00)

Bakı İstintaq Təcridxanası üçün təhlükəli vəziyyət

“Bakı İstintaq Təcridxanasının yaxınlığındakı Zabrat gölündə suyun səviyyəsi qalxıb”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

 

O bildirib ki, hazırda Zabrat gölünün suyu getdikcə Bakı İstintaq Təcridxanasına və ərazidəki yaşayış evlərinə yaxınlaşır: “Gölün kənarında xeyli uçmalar baş verib. Artıq yaşayış evlərinin zirzəmiləri su ilə dolub. Məsələ ilə əlaqədar tərəfimizdən aidiyyəti qurumlara arayış hazırlanır”.

 

Baş geoloqun sözlərinə görə, Zabrat gölündə suyun səviyyəsinin qalxması Bakı İstintaq Təcridxanasına gedən magistral yola, eyni zamanda ərazidən keçən kommunikasiya xətlərinə problem yaradıb: “Magistral yola ziyan dəyib. Ərazidəki rabitə və elektrik xətləri suyun içindədir”.

 

Ə. Piriyev qeyd edib ki, Zabrat gölündə suyun səviyyəsinin qalxmasına gölə ərazidəki yaşayış evlərindən çirkab sularının axıdılması və qrunt sularının yer səthinə qalxması səbəb olub: “Yerli əhalinin sözlərinə görə, sovet vaxtı ərazidə su ötürücü kanal olub. Sonradan həmin su ötürücü kanal kimlərsə tərəfindən doldurulandan sonra göldə suyun səviyyəsi qalxmağa başlayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15