<b>Azərbaycanda yeni uçqun-sürüşmə sahələri yaranıb</b>
05 yanvar 2018 11:39 (UTC +04:00)

Azərbaycanda yeni uçqun-sürüşmə sahələri yaranıb

Respublikanın mühüm sürüşmə sahələrində vəziyyət açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində sürüşmə sahələri aktivləşib.

 

Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17- 19 km-liyində atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi baş verib: “Lənkəran - Lerik yolunun 27-29-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Habelə, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və töküntü prosesləri yaranıb. Lənkəran rayonunda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı-Yardımlı yolunun 13-15, 7-16 - 24-26 kilometrliklərində də yamac boyu uçqun-töküntü və sürüşmə sahələri qeydə alınıb”.

 

Ekspedisiya rəisi bildirib ki, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-dəki sürüşmə sahəsinin dinamikasında isə aktivlik müşahidə edilib: “Şabran rayonunda Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir. Siyəzən rayonunda Sədan sürüşmə sahəsi də aktivləşib. Eyni zamanda, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində aparılan müşahidələrə əsasən prosesin dinamikasında aktivlik qeydə alınıb”.

 

Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48-A məhəlləsi - sürüşmə sahəsi üzərində qeydə alınan çatların ölçülərində artım baş verib, sürüşmə sahəsində aktivlik müşahidə edilir və sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir: “Bundan başqa, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində ucqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb. Sürüşmə sahəsi üzərində olan çatların parametrləri artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və uçqun-töküntü hadisələri müşahidə olunub”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

APA Baycan

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46