Sərxoş sürücü 2 nəfəri öldürdü <span style="color:red;">- DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI
15 iyun 2016 10:23 (UTC +04:00)

Sərxoş sürücü 2 nəfəri öldürdü - DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI

Bu gecə Ağstafada baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, şəhərin M.Ə.Rəsulzadə küçəsində "Mercedes" markalı avtomobil əslində yolu keçmək istəyən piyadaları deyil, yolun kənarında dayanıb söhbət edən insanları vurub.

 

Məlum olub ki, avtomobili idarə edən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olub və şəhərin mərkəzində sürətlə sürdüyü maşının idarəetməsini itirərək səkiyə çıxıb. Nəticədə yolun kənarında dayanmış 37 yaşlı Elnur Dövlətov və 56 yaşlı Cəlal Abbasova çırpılan avtomobil onları xeyli sürüyərək kənara atıb. Hər iki şəxs hadisə yerindəcə vəfat edib.

 

Hadisəni törətmiş sərxoş sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

 

*****

 

00:08

 

Ağstafada iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyinə görə hadisə Ağstafa şəhəri ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil iki piyadanmı vurub. Piyadalar hadisə yerində ölüb.

 

Onlardan biri Biləsuvar rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Dövlətov, digəri isə Goranboyun Qızılhacılı kənd sakini, Cəlal Abbasovdur.

 

Faktla bağlı Ağstafa rayon Polsi Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Nizam Rza

Oxşar yazılar