Ağcabədi rayonunda 23 yaşlı oğlanın intihar etməsi ilə bağlı araşdırmalar aparılır. Lent.az xəbər verir ki, dünən gecə saatlarında yaşadığı Yuxarı Qiyaməddinli kəndində özünü asaraq həyatına son qoyan 23 yaşlı Şəmistan Cəfərov subay imiş və fərdi əməklə məşğul olurmuş. O, anası ilə birgə yaşayırmış və gecə saatlarında anası Şəmistanın asılı vəziyyətdə qalmış meyitini aşkarlayıb.
Bildirilir ki, Ş.Cəfərovun psixoloji vəziyyəti normal olub. Onun hansı səbbədən həyatına qəsd etməsi hələlik məlum deyil.
*****
10:02
Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yuxarı Qiyaməddinli kəndində 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü asaraq intihar edib. Onun həyətdə ağacdan asılı vəziyyətdə qalmış meyitini yaxınları tapıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.