![[b]Azərbaycan diaspor təşkilatının ofisinə BASQIN[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Azərbaycan diaspor təşkilatının ofisinə BASQIN[/b]
Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub.
Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.
İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.
Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.
Oxşar yazılar

Gədəbəydə yol qəzası: 4 nəfər yaralandı
8 iyul 2025 , 22:10
Bakıda kişi sirkədən zəhərlənib öldü
8 iyul 2025 , 19:33
Sabirabadda ana doğuş zamanı öldü-YENİLƏNİB
8 iyul 2025 , 19:00
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varislər ifadə verib
8 iyul 2025 , 18:31
Abşeronda kişi evinin yanındakı quyuya düşdü
8 iyul 2025 , 18:18
Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39
Bakıda motokuryerlərin törətdikləri qəzaların ŞOK GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 15:13