<b>Ayaqqabısında narkotik keçirmək istədi</b>
21 iyun 2016 15:17 (UTC +04:00)

Ayaqqabısında narkotik keçirmək istədi

0

Azərbaycana qanunsuz narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı piyada yolla İrandan Azərbaycana Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb. Qüvvədə olan  qanunvericiliyin tələblərinə uyğun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama nəticəsində vətəndaşın üzərindən-sağ və sol ayağına geydiyi idman ayaqqabısının içərisindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə, iki ədəd bağlama və bir ədəd bükümdə, ümumi xalis çəkisi 149.030 (yüz qırx doqquz tam mində otuz)  qram təşkil edən  narkotik vasitə-heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar