<b>Axtarışda olan 55 nəfər həbs edildi -<span style="color:red;">RƏSMİ </b>
14 iyul 2018 12:08 (UTC +04:00)

Axtarışda olan 55 nəfər həbs edildi -RƏSMİ

 

Dünən respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, onların  9-u “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar