Maşınla 23 yaşlı oğlanı vurub öldürdü - <span style="color:red;">YENİLƏNİB
20 oktyabr 2016 12:16 (UTC +04:00)

Maşınla 23 yaşlı oğlanı vurub öldürdü - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi Masallı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 19-da saat 16 radələrində Masallı rayonunun Yelağac kənd sakini Məmməd Ağammədov həmkəndlisi Cəfər İbişovun evinin həyətində “Ford” markalı avtomobili arxaya idarə edərkən sonuncunun oğlu İsrafili vurub və nəticədə İsrafil hadisə yerində ölüb.

 

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

 

*****

 

10:16

 

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Yelağac kəndində "Ford tranzit" markalı, 44 BS 480 dövlət qeydiyyat nişanlı avtomobil 23 yaşlı oğlanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254

Oxşar yazılar