<b>Arvadının boğazını kəsənə <span style="color:red;">HÖKM OXUNDU </b>
21 may 2019 17:57 (UTC +04:00)

Arvadının boğazını kəsənə HÖKM OXUNDU

Arvadını öldürməkdə təqsirləndirilən Fazil Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən Fazil Həsənov 19 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini Fikrət Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

 

O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

 

F.Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Səlcuq Elçin

Oxşar yazılar