<b>Arvadına 40 bıçaq vurdu - <span style="color:red;">18 İL HƏBS TƏLƏBİ </b> - <span style="color:red;">FOTOLENT
08 may 2019 17:39 (UTC +04:00)

Arvadına 40 bıçaq vurdu - 18 İL HƏBS TƏLƏBİ - FOTOLENT

Sumqayıtda arvadını öldürməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Y.Ağayevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmənin növbəti iclası mayın 15-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

 

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb.

 

Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində törədib. O, gənc qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1646
avatar

Səlcuq Elçin

Oxşar yazılar