Akademik Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunub  - <span style="color:red;">YENİLƏNİB
20 dekabr 2016 15:32 (UTC +04:00)

Akademik Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB

0

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri  Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.

  

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə mərasimdə çıxış edərək A. Mehdiyevin ölümünü Azərbaycan elminə böyük itki kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda fizika elminin inkişafında A. Mehdiyevin böyük xidmətləri olub: “Arif Mehdiyev Moskvada təhsil alandan sonra istedadlı alim kimi Bakıya qayıtdı və fizika sahəsinə öz töhfələrini verməyə başladı. Qısa zaman ərzində o, görkəmli alim kimi tanındı, böyük uğurlara imza atdı. Arif Mehdiyev həmçinin Azərbaycanda kosmik tədqiqatların banilərindən idi”.

  

Mərasimdə çıxış edən Fizika İnstitutunun direktor müavini Cavad Abdinov, akademik Telman Əliyev və başqaları A. Mehdiyevin həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

Vida mərasimindən sonra A. Mehdiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

**

19.12.2016

 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasiminin vaxtı açıqlanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Mehdiyevlə vida mərasimi sabah saat 14.00-da AMEA-nın Əsas binasında baş tutacaq.

 

 

Ailəsindən APA-ya bildirlib ki, A. Mehdiyev II Fəxri xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, A. Mehdiyev uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib.

16:03

 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev vəfat edib.

 

Mərhumun ailəsindən APA-ya verilən məlumata görə, A. Mehdiyev bu gün günorta saatlarında dünyasını dəyişib.

 

Xəstəliyinin səbəbi açıqlanmayıb.

 

Qeyd olunub ki, A. Mehdiyevlə vida mərasiminin harada keçiriləcəyi və mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.

 

Qeyd edək ki, A. Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub.

 

Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.

 

Allah rəhmət eləsin!

 

Qeyd edək ki, akademikin vəfat etməsi barədə xəbəri ilk olaraq "Qafqazinfo" saytı yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar