Ağstafada qətl hadisəsi törədilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə Bakı şəhərində qeydiyyatda olan, Ağstafa şəhərində yaşayan 1983-cü il təvəllüdlü Tural Vaqif oğlu Hacıyevin meyiti Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Müayinə zamanı onun baş nahiyəsindən küt alətlə vurularaq qətlə yetirildiyi məlum olub. Məlumata görə, T. Hacıyevi xəstəxanaya rayon sakini, 1985-ci il təvəllüdlü Samir Əliyev adlı şəxs gətirib və onun avtomobil qəzasında xəsarət aldığını deyib.
Qeyd edək ki, qətlə yetirilən Tural Hacıyev Ağstafa Qaz İstismarı Sahəsində sürücü işləyir.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.