<b>Ağdamda dəhşət: qadının meyiti tikilidə tapıldı</b>
16 yanvar 2017 19:47 (UTC +04:00)

Ağdamda dəhşət: qadının meyiti tikilidə tapıldı

Ağdamda 56 yaşlı qadın özünü asaraq intihar edib.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Ücoğlan kəndində baş verib.

 

Kənd sakini, 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı yaşadığı evin həyətindəki tikilidən özünü asıb.  Övladları R. Nəcəfovanı ölmüş halda həyətdəki tikilidən asılı görüblər və Ağdam Rayon Polis Şöbəsinə xəbər veriblər. 

 

Ağdam Polis Şöbəsindən APA-nın  Qarabağ bürosuna verilən məlumata görə, R. Nəcəfovanın üç övladı var və onun psixoloji problemi  olub.

 

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Nizam Rza

Oxşar yazılar