Beyləqanda baş vermiş qəzada ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Şahsevən kəndində rayon sakini Həsənağa Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu atla keçən kənd sakini, 81 yaşlı Allahyar Azadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Azadov noyabrın 22-də orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
*****
10:20
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Horadiz-Bəhramtəpə yolunun 51-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili atla hərəkət edən 81 yaşlı kişini vurub. Ağır xəsarət alan atlı xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.