Bakı sakininin avtomobilində boğazı kəsildi: saxlanılan var - <span style="color:red;">YENİLƏNİB  - <span style="color:red;">VİDEO
10 may 2019 05:26 (UTC +04:00)

Bakı sakininin avtomobilində boğazı kəsildi: saxlanılan var - YENİLƏNİB - VİDEO

ONA-nın müxbiri Bakı şəhər Binəqədi rayonundakı dəhşətli qətl hadisəsi baş verən ünvanda olub, videoçəkiliş aparıb. Hadisə yerindən olan görüntüləri təqdijm edirik.    Xatırladaq ki, hadisə ötən gecə Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində qeydə alınıb.
 
 
01:43
 
Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb. 
 
Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.
 
 
00:47
 
Bakı şəhər Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. 
 
ONA xəbər verir ki, mübahisə zəminində baş verən hadisə nəticəsində naməlum şəxs tərəfindən iki nəfər bıçaqlanıb. 
 
İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. 
 
Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaş aralığında olan Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb. 
 
Qeyd edək ki, əvvəllər "qanunsuz silah gəzdirmə" maddəsilə məhkum edilmiş Emin Səfərov yaşadığı binanın qarşısında "BMV" markalı şəxsi avtomobilində bıçaqlanıb.
 
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Hazırda Binəqədi rayon prokuroru hadisə yerindədir. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3023
avatar

Oxşar yazılar