
"Çirkli pulların yuyulmasına qarşı ciddi mübarizə aparılır" - RƏSMİ
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kibercinayətkarlıq mövzusunda regional konfrans başlayıb. APA-nın xəbərinə görə, regional konfrans Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Avropa Şurası tərəfindən təşkil edilib.
Tədbirin açılış mərasiminə Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, İAP-ın Baş katibi, Prokurorları Birləşdirən Elektron Cinayət Şəbəkəsinin (GPEN)N sədri və Eurojustda Hollandiyanın milli üzvü Han Moraal, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Denis Daniildis, Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes və başqa şəxslər qatılıblar.
K. Əliyev bildirib ki, Kibercinayətkarlıq mövzusunda regional konfrans oktyabrın 11-dək davam edəcək.
Onun sözlərinə görə, kibercinayətkarlıq dünyada aktualdır: "Tədbirdə 70-ə yaxın iştirakçı var. Onlardan 46-sı Şərqi Avropa, Balkan ölkələri, Gürcüstan və İrandan olan qonaqlardır".
Baş prokurorun müavini qeyd edib ki, Azərbaycanda cinayətkarlığın bütün növlərinə - çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə, korrupsiyaya və kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır.
Tədbir çıxışlarla davam etdirilir.
Oxşar yazılar

Masazırda baş verən yanğın söndürüldü - VİDEO
3 iyul 2025 , 00:05
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı
2 iyul 2025 , 20:52
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45