Bakıda daha bir qadın dəm qazından boğulub. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan Günel Həmidzadə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Araşdırmalar aparılır.
*****
09:55
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Mehparə Məzahir qızı Əliyeva yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.