[b]47 yaşlı kişi qatarın altında qalaraq öldü[/b] - Xaçmazda
22 mart 2017 04:48 (UTC +04:00)

[b]47 yaşlı kişi qatarın altında qalaraq öldü[/b] - Xaçmazda

Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə,  gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 155-ci km-də - Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub. Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib.

 

Faktla bağlı Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları araşdırma aparır. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Oxşar yazılar